Kaxa Kaladze - anonsu edilmiş maaş artımı təqdirə layiqdir, dövlət qulluqçularının gündəlik əməyini qiymətləndirməmiz önəmlidir
Kaxa Kaladze - anonsu edilmiş maaş artımı təqdirə layiqdir, dövlət qulluqçularının gündəlik əməyini qiymətləndirməmiz önəmlidir

 

Anonsu edilmiş maaş artımı təqdirə layiqdir, dövlət qulluqçularının gündəlik əməyini qiymətləndirməmiz önəmlidir-bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.

Kaladze , Tbilisi meriyasının əməkdaşlarının maaşının gələn ildən 10% artacağını və bunun gələcəkdə də davam edəcəyini bildirib.

“Dövlət qulluqçularının, həqiqətən bu ölkəyə 24 saat xidmət edən insanların gündəlik əməyini qiymətləndirmək çox önəmlidir. Onlar müxtəlif nazirliklərdə, müxtəlif xidmətlər üzrə bölünüblər. Anonsu edilmiş maaş artımı və hər il, 2026-cı ilə qədər 10 faiz artımın olacağı təqdirə layiqdir. Təbii ki, paytaxt meriyası bu qərarı müsbət qiymətləndirir. Əməkdaşlarıma da demək istərdim ki, gələn ildən onların maaşı 10% artacaq və bu, davam edəcək.

Bütün bunlar insanların özlərini rahat hiss etmələri, 24 saatlıq rejimdə gördükləri işlərin qiymətləndirilməsi üçün edilir” – deyə Kaladze bildirib.

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin sözlərinə görə : “2026-cı ilə qədər dövlət qulluqçularının maaşları hər il ən azı 10% artacaq və ümumilikdə yaxın 3-4 ildə 50% artım olacaq”.