Kaxa Kaladze Almaniyanın səfiri Peter Fişer ilə tanışlıq məqsədli görüş keçirib
Kaxa Kaladze Almaniyanın səfiri Peter Fişer ilə tanışlıq məqsədli görüş keçirib

 

Tbilisi meri Kaxa Kaladze Almaniyanın Gürcüstandakı səfiri Ernst Peter Fişeri qəbul edib. Tanışlıq məqsədli görüşdə tərəflər Gürcüstan və Almaniya arasında münasibətlərin məsələləri və gələcək əməkdaşlıq haqqında danışıblar.

Paytaxt meri Almaniya Federativ Respublikası tərəfindən Gürcüstanın Avropa arzularına və ərazi bütövlüyünə verilən dəstəyə görə səfirə təşəkkürünü bildirib. Kaladze Tbilisi ilə onun dostlaşmış şəhəri Zaarbriuken arasında əməkdaşlığın vacibliyini vurğulayıb.

“Ölkələrimiz arasında sıx və dostluq münasibətlərinin mövcudluğuna çox sevinirəm. Tbilisi ilə qardaşlaşmış Zaarbriukenlə əməkdaşlıq vacibdir. Bu istiqamətdə əlaqələri daha da dərinləşdirməyə, əməkdaşlığın daha çox sahələrini əhatə etməyə hazırıq. Hər zaman Gürcüstanın yanında olduğunuza, ölkəmizin ərazi bütövlüyünü, Avro-atlantik inteqrasiyanı dəstəklədiyinizə görə ölkəmiz adından sizə təşəkkür edirəm” – deyə Kaxa Kaladze bildirib.

Almaniya səfiri Gürcüstanın Avropa İttifaqına üzv olmaq və ölkənin daha da inkişaf etdirilməsi, demokratik təsisatların gücləndirilməsi istəyini dəstəklədiyini qeyd edib.

“Demokratiya, plüralizm, azadlıq yolunu seçmiş ölkələrin daha da inkişaf etməsi dövlətimizin marağındadır. Gürcüstanın Avropa İttifaqına üzv olmaq istədiyi tarixi bir məqamda bizi birlik birləşdirir. Bu, ölkələrimizin inkişafı üçün ən yaxşı yoldur. Bu yolda konkret layihələr həyata keçirməklə, birlikdə addımlamağımız vacibdir. Həmçinin şəhərlərimiz arasında əməkdaşlıq vacibdir. Bəşəriyyətin gələcəyi şəhərlərdə həll olunur. Biz şəhərdə həyatı sabit etmək üçün bütün cəhdlərə baş vurmalıyıq” – deyə Ernst Peter Fişer açıqlayıb.

Məlumatı Tbilisi meriyasının mətbuat xidməti yayır.