Kaxa Kaladze - aksiyaların nə cür dağıdılması illəri yadımızdadır, xoşbəxtlikdən bunların hamısını biz keçmişə tapşırdıq
İctimaiyyət, əhali bir daha əmin oldu ki, bizim və keçmiş hakimiyyət arasında fərq nədədir, – bu barədə Tbilis meri, Kaxa Kaladze Rustaveli prospektində inkişaf edən hadisələr barəsində bəyan etdi.
Onun dediyinə görə, hakimiyyətin əsas dəyəri insan və onun həyatıdır.
“Bizim hamımız üçün əsas dəyər insan, insanın həyatıdır. Biz həqiqətən insanların azad yaşayacağı demokratik ölkəni qururuq. Dünən aksiyanın dağılmasına gəldikdə, bu çox önəmlidir. Çünki aksiyaya paralel olaraq daha bir aksiya keçirilirdi və böyük təhlükə mövcud idi ki, insanlar arasında toqquşma baş versin. Bu isə, hər birimiz üçün qəbuledilməzdir”, – kaladze bəyan etdi.
Tbilisi meri Dİ naziri Giorgi Qaxariyaya, Gürcüstanın baş nazirir Giorigi Kvirikaşviliyə və hər bir polis işçisinə təşəkkürünü bildirdi.