Kaxa Kaladze - "Axmeteli Teatrı" metrostansiyasının ikinci giriş-çıxışının həndəvəri ərazisi şəxsi mülkiyyətdir, lakin munispalitet onu geri qaytaracaq
“Axmeteli Teatrı” metrostansiyasının ikinci giriş-çıxışının həndəvəri ərazisi şəxsi mülkiyyətdir, lakin munispalitet onu geri qaytaracaq, – bu barədə Tbilisi meri, Kaxa Kaladze paytaxt hökumətinin iclasında bəyan etdi.
Kaladzenin qeyd etdiyi kimi, layihənin Asiya İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi planlaşdırılır.
“Xüsusilə pik saatlarda metroda müəyyən problemlər var. Bu, xüsusilə “Axmeteli Teatrı” metrostansiyasının girişində çoxlu sayda vətəndaşın getdiyi və mövcud giriş onları keçirə bilmədiyi zaman müşahidə olunur. Metronun daşınması, stansiyadan sərnişinlərin götürülməsi baxımından heç bir problem yoxdur. Girişdə bu narahatçılığımız var və biz onu həll edib düzəldəcəyik. Kommunistlərin dövründə ikinci bir giriş-çıxış ıayihələşdirilmişdi. Biz bu istiqamətdə Asiya İnkişaf Bankı ilə fəal işləyirik və bu layihəni həyata keçirmək istəyirik. Bu ikinci giriş-çıxışın olduğu ərazi özgəninkiləşdirilib, şəxsi mülkiyyətdir, lakin strateji əhəmiyyət kəsb etdiyi üçün, munispalitet onu geri qaytaracaq”, – Kaxa Kaladze bəyan etdi.