Kaxa Kaladze - "Ağıllı" ictimai nəqliyyat sistemi vasitəsilə şəhərdə hər kəs rahat və sürətli hərəkət edə biləcək.
Müasir, “ağıllı” ictimai nəqliyyat sistemi vasitəsilə hər kəs şəhərdə rahat və sürətli hərəkət edə biləcək, – Tbilisi meri Kaxa Kaladze Sakrebulo sessiyasındakı çıxışında bildirib.
Tbilisi meri paytaxtda nəqliyyat siyasəti sahəsində artıq həyata keçirilən və planlaşdırılan irimiqyaslı layihələrdən danışıb.
“Biz ictimai nəqliyyatı təkmilləşdirə və müasirləşdirə bilmişik. Müasir, Avropa tipli ekoloji cəhətdən təmiz avtobusları təqdim etmişik. Mikroavtobus parkının tamamilə yenilənməsi layihəsinə başlamışıq. İlin sonuna kimi mikroavtobuslar tamamilə dəyişdiriləcək, gələn ildən mərhələli şəkildə təchiz olunacaq və müvafiq marşrut xətlərinə keçəcək. Həmçinin metronun modernləşdirilməsi və ekoloji təmiz nəqliyyatın təşviqi layihələri həyata keçiriləcək. Biz on tranzit dəhlizi yaradırıq və sinxronizasiya bütün ictimai nəqliyyat növlərinin vahid sistemində həyata keçiriləcək. Tbilisiyə daha 200 yeni avtobus əlavə olunacaq”, – deyə Kaxa Kaladze bildirib.
Tbilisi merinin sözlərinə görə, bu tədbirlər nəticəsində avtobusun gözləmə müddəti orta hesabla 20 dəqiqədən yeddi dəqiqəyə enəcək.
“Təəssüf ki, bəzi rayonlarda ya ümumiyyətlə, ictimai nəqliyyat yoxdur, ya da gözləmə müddəti çox uzundur. Növbəti illərdə bu problem öz həllini tapacaq. Metroya yeni vaqonlar əlavə olunacaq, nəqliyyat xidmətlərinin qəbulu zamanı vahid abunə sistemi tətbiq ediləcək, kanat yolları və 515 km uzunluğunda velosiped zolağı təşkil ediləcək. Taksi islahatlarının üçüncü mərhələsi həyata keçiriləcək ki, bu da şəhərin nəqliyyat sisteminin yekun paketinə gətirib çıxaracaq”, – Kaxa Kaladze bildirib.
Tbilisi Sakrebulosu bələdiyyə hökumətinin yeni tərkibinin təsdiqi məsələsini müzakirə edir.