Kaxa Kaladze - agent olan insanların milli maraqdan danışması böyük bədbəxtlikdir, gürcü xalqı hər şeyi çox gözəl görür
Kaxa Kaladze - agent olan insanların milli maraqdan danışması böyük bədbəxtlikdir, gürcü xalqı hər şeyi çox gözəl görür

 
Birbaşa agent olan insanların ölkənin milli maraqlarından danışması böyük bədbəxtlikdir-bu barədə paytaxtın meri Kaxa Kaladze açıqlayıb.

Kaxa Kaladzeyə “Lelo”nun sədri Mamuka Xazaradzenin “Həqiqətən, heç kimə sanksiya tətbiq edilməsini arzu etmək istəmirəm, lakin söhbət ölkəmiz və milli maraqlarımızdan gedirsə, bütün üsullar təqdirə layiqdir”-deyə verdiyi bəyanatı ilə bağlı sual ünvanlanıb.

Kaxa Kaladze gürcü xalqının seçkilərdə bu siyasi partiyaya layiqli cavab verəcəyini bildirib.

“Gürcü xalqı vəziyyətin necə olduğunu, bu insanların kim olduğunu, nə ilə qidalandıqlarını, onların gündəminin nə olduğunu çox yaxşı hiss edir və hər şeyi görür. Müvafiq olaraq, layiq olduqları reytinqə sahibdirlər. 2024-cü ildə keçiriləcək parlament seçkilərində gürcü xalqı bu konkret siyasi partiyaya layiqli cavab verəcək”- deyə Kaxa Kaladze açıqlayıb.