Kaxa Kaladze - 60 yaşdan yuxarı vətəndaşlar bələdiyyəyə məxsus infrastrukturdan pulsuz istifadə edəcəklər
Kaxa Kaladze - 60 yaşdan yuxarı vətəndaşlar bələdiyyəyə məxsus infrastrukturdan pulsuz istifadə edəcəklər

Tbilisinin bütün rayonlarında çoxfunksiyalı gənclər mərkəzləri yaradılacaq, – bu barədə Tbilisi meri Kaxa Kaladze Tbilisi Şəhər Şurasında çıxışı zamanı bildirib və növbəti dörd il üçün gənclər, idman, təhsil və mədəniyyət sahəsində nəzərdə tutulan layihələrdən danışıb.

Onun sözlərinə görə, 60 yaşdan yuxarı vətəndaşlar bələdiyyəyə məxsus infrastrukturdan pulsuz istifadə edəcəklər.

“Biz gənclər, idman, təhsil və mədəniyyət sahələrində on çoxfunksiyalı gənclər mərkəzinin layihəsini davam etdirməyi planlaşdırırıq. Artıq iki layihə – Samqori rayonunda və Didi Diqomidə aparılır. Buna səkkiz yeni layihə əlavə olunacaq. İstəyirik ki, bütün rayonlarda yer olsun, orada basketbol, ​​futbol meydançaları, fitnes zonası, hovuz, media kitabxanası olsun. Qeyd olunmalıdır ki, 60 yaşdan yuxarı vətəndaşlar bələdiyyəyə məxsus infrastrukturdan pulsuz istifadə edəcəklər”, – Kaxa Kaladze bildirib.

O bildirib ki, Tbilisi meriyası növbəti dörd il ərzində yaradıcılıq və əyləncə sənayesini fəal şəkildə dəstəkləməyi planlaşdırır.

“Yaxın illərdə biz Kocoridə geniş miqyaslı, çoxfunksiyalı gənclər kəndi tikməyi, tələbə-gənclər evlərini modernləşdirməyi, rəqəmsal qovşaqları təşkil etməyi, səkkiz kitabxananı bərpa etməyi, çoxuşaqlı ailələrin və fiziki məhdudiyyəti olan gənclərin təhsilini maliyyələşdirməyi, muzeylər və incəsənət sahələrini qurmağı planlaşdırırıq. Qovşaqların təşkili, skeyt parklarının və digər əyləncə məkanlarının təşkili, yaradıcılıq və əyləncə sənayesini fəal şəkildə dəstəkləmək də plana daxildir”, – dedi Kaxa Kaladze.