Kaxa Kaladze - 25 fevral, 101 il əvvəl Sovet Rusiyası Gürcüstanı işğal etdiyi zaman olduğu kimi, bu gün də bizim üçün ağrılı və faciəli bir hadisədir
25 fevral, 101 il əvvəl Sovet Rusiyası Gürcüstanı işğal etdiyi zaman olduğu kimi, bu gün də bizim üçün ağrılı və faciəli bir hadisədir, – bu barədə Tbilisi meri, Kaxa Kaladze sosial şəbəkədə Sovet İşğalı Günü münasibəti ilə yazır.
Kaladzenin dediyinə görə, işğal müvəqqətidir, vətən və azadlıqla bağlı dəyərlər əbədidir.
“Bu gün də Gürcüstan ərazilərinin 20 faizi işğal olunub; qardaşımız Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüz bu gün də davam edir.
Və yenə də, işğal müvəqqətidir, vətən və azadlıqla bağlı dəyərlər əbədidir.
Qəhrəmanlar ölmürlər.
Vətən müstəqilliyi uğrunda qurban olanlara eşq olsun!”, -Kaladze yazır.