Kaxa Kaladze - 18 metrlik avtobusların alınması üçün elan edilmiş tenderdə iştirak edən bütün şirkətlərə müvafiq məlumat göndərilib, təklifin təqdim edilməsi üçün onlara verilən müddət kifayətdir
Kaxa Kaladze - 18 metrlik avtobusların alınması üçün elan edilmiş tenderdə iştirak edən bütün şirkətlərə müvafiq məlumat göndərilib, təklifin təqdim edilməsi üçün onlara verilən müddət kifayətdir

 

Paytaxt meri Kaxa Kaladze 18 metrlik avtobusların alınması üçün elan edilən tenderdə iştirak edən şirkətlərə təkliflərin təqdim edilməsi üçün verilən müddətin kifayət olduğunu deyib.

Onun mətbuata müvafiq suala cavabında qeyd etdiyi kimi, adıçəkilən şirkətlərə müvafiq məlumatlar göndərilib, bundan əvvəl isə qiymət sorğusu aparılıb.

“Təmsil olunan şirkətlərə hər kəs üçün açıq olan müvafiq məlumatlar göndərilib. Bundan əvvəl texnoloji baxımdan adıçəkilən avtobusların necə olmasına dair qiymət sorğusu aparılıb. Bu müddət tamamilə kifayətdir. Paytaxt bu şəhərə lazım olan avtobusları alacaq. Kifayət qədər genişmiqyaslı və bir çox komponentlərdən ibarət mühüm islahatın həyata keçirilməsinə başlamışıq. İctimai nəqliyyatın hamı üçün əlçatan və rahat olması üçün can atırıq”- deyə Kaxa Kaladze açıqlayıb.