Kaxa Kaxişvili - yaxşı olar ki, şifahi dinləməni Əfv Kommisiyası da tədbiq etsin, bu məsələ barəsində prezident və onun administrasiyası ilə görüşməyə hazıram
Əgər cəzaçəkmə müəssisəsindən göndərilən sənəd həqiqətin son instansiyasıdırsa, aparat nəyə görə lazımdır?? O zaman, qərarı bu sənəd əsasında avtomatik olaraq qəbul etməli idilər və məhkumu ya əfv etməli idilər və ya yox, – Cəzaicrası və Probasiya naziri, Kaxa Kaxişvili Birinci Kanalın “Maka Sinsadze ilə aktual mövzular” verilişində qonaq olarkən bəyan etdi.
Onun dediyinə görə, şərti vaxtından əvvəl azadetmə kommisiyası artıq üçüncü ildir ki, məhkumların şıfahi dinləməsi təcrübəsinə keçib və bunun statistikası ildən ilə artır.
“Keçən il 700 şifahi dinləmə keçirdik. Məhkum şərti vaxtından əvvəl azad olmanı tələb edərkən kommisiya qarşısında təqdim olunur. Kommisiyaya bizim əməkdaşlarımız, QHT və elmi dairələr nümayəndələri daxildirlər. İnsanın gözlərinin içinə baxanda, onun hərəkətini görürsən, törətdiyi cinayəti necə danışdığını görürsən, hansı mühitin və hissinin olduğunu başa düşürsən, bu daha artıq məlumat verir, nəinki ağ kağızda yazılan ərizə.
Mənim fikirmcə, yaxşı olar ki, şifahi dinləməni Əfv Kommisiyası da tədbiq etsin. Bu məsələ barəsində prezident və onun administrasiyası ilə görüşməyə hazıram ki, bu məsələni daha da dolğunlaşdıraq”, – Kaxişvili bəyan etdi.