Kaxa İmnadze - İşğal altında olan Abxaziya və Sxinvali regionları, qətlin və işgəncənin cəzalandırılmadığı ərazilərə dönüblər
İşğal altında olan Abxaziya və Sxinvali regionları, qətlin və işgəncənin cəzalandırılmadığı ərazilərə dönüblər, – bu barədə bəyanatı Gürcüstanın BMT-dəki daimi nümayəndəsi Kaxa İmnadze verdi.
İmnadze BMT-nin Təhlükəsizlik Şurasının iclasında nitqlə çıxış etdi.
Çıxış edərkən, Kaxa İmnadze sülh əməliyyatları istiqamətindəki dəyişikliklər haqqında danışdı.
“Sülhməramlılar arasında həlak olanların sayının artması 2017-ci ildə təhlükəli rəqəmə çatdı. 1994-cü ildən sonra, 56 fatal hadisə qeyd olundu. BMT və sülh missiyalarına qoşulan ölkələr üçün sistem dəyişiklikləri gərəkdir və mövcud olan reallığı nəzərə almaq lazımdır. Dəyişikliklər sistemli və necə əməliyyat hərəkətlərini, eləcədə kəfiyyat və treninqləri təşkil etməlidir” – dedi İmnadze.