Kaxa Bekaurini Kommunikasiya Komissiyasının sədri olaraq ikinci dəfə seçdilər
Kommunikasiya Komissiyasının üzvləri Kaxa Bekaurini sədr olaraq ikinci müddətlə seçdilər. Bekauri komissiyaya üç il ərzində rəhbərlik edəcək.
Gürcüstanın Birinci Kanalına Milli Kommunikasiya Komissiyasından bəyan etdiklərinə görə, komissiyada keçirilən seçkilər nəticəsində, Kaxa Bekauri üzvlər tərəfindən yekdilliklə seçildi.
Seçkilər 2020-ci il fevralın 3-də keçirildi. Bu gün keçirilən iclasda isə, komissiya üzvləri seçkilərin nəticələrini təsdiq etdilər.
Xatırladaq ki, Gürcüstan Parlamenti Kaxa Bekaurini komissiyanın üzvü olaraq, altı iilik müddətlə 11 dekabrda seçdi.