Kaxa Bekauri Rabitə Komissiyası tərəfindən yenilənmiş radiotezlik spektrinin paylanması üzrə milli planı parlamentə təqdim edib
Rabitə Komissiyasının sədri Kaxa Bekauri 2022-ci il üzrə fəaliyyət hesabatını parlamentə təqdim edərkən komissiya tərəfindən yenilənmiş radiotezlik spektrinin paylanması üzrə milli plan haqqında da danışıb.
Onun sözlərinə əsasən, milli plana yeni texnologiyaların, o cümlədən 5G şəbəkələrinin inkişafı üçün yeni tezlik diapazonları daxildir və sabit simsiz internetin işləməsi üçün əlavə tezlik diapazonu nəzərdə tutulur.
Kaxa Bekauri həmçinin qeyd edib ki, milli planın yenilənməsi ilə yanaşı, peyk xidmətlərinin konkret diapazonları müəyyən edilib, texnoloji standartlar və xidmət növləri dəqiqləşdirilib.
“Milli planın yenilənməsi müasir elektron rabitə xidmətlərinin tətbiqinə və tükənən tezlik resurslarının səmərəli idarə olunmasına yönəlib”, – bildiribRabitə Komissiyasının sədri.