Kaxa Bekauri - keçən il sabit internet abunəçilərinin sayı 1 080 000 olub
Kaxa Bekauri - keçən il sabit internet abunəçilərinin sayı 1 080 000 olub

Rabitə Komissiyasının 2022-ci il üzrə hesabatını Gürcüstan parlamentinə təqdim edən Kaxa Bekauri sabit genişzolaqlı internet trendlərindən danışıb.

Onun sözlərinə görə, 2022-ci ildə sabit genişzolaqlı internet xidmətlərinin abunəçilərinin sayı bir milyonu keçərək 1 milyon 80 min nəfər təşkil edib.

“2021-ci illə müqayisədə istifadəçilərin sayı 70,6 min nəfər artıb ki, bu da 7% artım deməkdir.  Gürcüstanın 3385 kəndindən 2510 kənddə artıq sabit internet mövcuddur”- deyə Rabitə Komissiyasının sədri qeyd edib.