Kaxa Bekauri - 5G bəzi hallarda 10 dəfə, bəzi hallarda isə 100 dəfə yüksək sürətli internet və əlaqəni təmin edir
Gürcüstanın Rabitə Komissiyasının sədri Kaxa Bekauri parlamentin plenar iclasında 5G internetin əhəmiyyətindən danışıb.
Bekauri 5G texnologiyasının bəzi hallarda 10 dəfə, bəzi hallarda isə 100 dəfə yüksək sürətli internet və əlaqəni təmin etdiyini bildirib.
“2020-ci ilin pandemiyanın ilk və ən çətin ili olmasına baxmayaraq, komissiya yeni texnologiyanın tətbiqi üçün hazırlıq işlərinə başladı. 5G, xidmət və məhsula əsasən əvvəlki nəsil texnologiyalardan fərqli olaraq bəzi hallarda 10, bəzi hallarda isə 100 dəfə yüksək sürətli internet və əlaqəni təmin edən texnologiyadır , bu da çox vacibdir. 5G səhiyyə, təhsil, biznes, kənd təsərrüfatı, infrastruktur və bütövlükdə ölkə iqtisadiyyatı kimi mühüm sahələri dəyişdirəcək və tamamilə yeni səviyyəyə çıxaracaq. 5G -nin hərracını keçirmək üçün Rabitə Komissiyasında məsləhətləşmə sənədi yaradıldı və tezliklər, ilkin ödənişlər, öhdəliklər və lotlar müəyyən edildi . Bu gün komissiya hərracı elan etməyə hazırdır. Bundan əlavə, Avropa Komissiyasının tövsiyəsinə uyğun olaraq, Komissiyanın 2021-ci ildə şirkətlərə yeni texnologiyaların tətbiqi üçün əhəmiyyətli endirim təklif etmək barədə qərar qəbul etməsi vacibdir”- deyə Kaxa Bekauri hesabatı təqdim edərkən bildirib.