Kaxa Bekauri - 2022-ci ildə mobil internetin 4.1 milyon abunəçisi var idi
Rabitə Komissiyasının 2022-ci il üzrə hesabatını təqdim edərkən, Kaxa Bekauri elektron rabitə sahəsinin, o cümlədən mobil internetdən istifadənin inkişaf tendensiyalarından danışdı.
Onun bəyan etdiyinə görə, ötən il mobil internet istifadəçilərinin sayı 4.1 milyonu təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 350 min abunəçi ilə çoxdur və vurğuladı ki, son beş ildə, mobil internetinin sitifadəçisinin sayının orta illik artımı 8.6 fazi idi.
Rabitə Komissiyasının sədri çıxışında qeyd etdi ki, 2022-ci ildə mobil internetdən ümumi istifadənin 94 faizi 4G texnologiyasına gəlirdi, bu da əvvəlki ilin göstəricisindən 3 faizlə artıqdır.