Kaxa Abuaşvili barəsində (Kabu) qətimkan tədbiri olaraq 10 min lari girov qərarı çıxarılıb
“Kabu” adı ilə tanınan aktyor və reper Kaxa Abuaşvili barəsində (Kabu) qətimkan tədbiri olaraq 10 min lari girov qərarı çıxarılıb.
Məhkəmə prokurorun həbslə bağlı vəsatətini rədd edib. Vəkillər Kaxa Abuaşvilinin həbs-qətimkan tədbiri olmadan azadlığa buraxılmasını və alternativ olaraq 2000 lari girov qərarının çıxarılmasını tələb edirdilər.
Qeyd edildiyi kimi, Kaxa Abuaşvili girov məbləğini ödədikdən sonra istintaq təcridxanasını tərk edəcək. İş üzrə növbəti məhkəmə prosesi yanvarın 18-i saat 11:00-a Tbilisi Şəhər Məhkəməsində təyin edilib.
Prokuror Kaxa Abuaşvilinin abstarkt insanları qısqandığı üzün bıçaqla qadını ayağından vurduğunu, sonra isə onu şikəst etməklə hədələdiyini bildirib. O, saxlanılma zamanı Abuaşvilinin üzərinə baxış keçirildiyini, bıçaq və narkotik vasitənin aşkarlandığını bildirib. Vəkil isə aşkarlanan narkotik maddənin Kaxa Abuaşviliyə aid olmadığını deyir.
Prokurorluq Tbilisi Şəhər Məhkəməsinin bugünkü qərarından apellyasiya şikayəti vermək niyətindədir.
Aktyor Kaxa Abuaşvili dünən saxlanılıb. Prokurorluq onun barəsində bu gün istintaq təcridxanasında qadına qarşı zorakılıq, hədə-qorxu və qanunsuz olaraq narkotik vasitələrin alınması və saxlanması maddələri ilə ittiham irəli sürüb. Kaxa Abuaşvili ittihamlar üzrə özünü təqsirli bilmir.