“Xalqın Gücü” liderləri ictimai hərəkatın bölgə təmsilçiləri ilə görüşüblər. Geniş tərkibdə keçirilən görüşdə “Xalqın Gücü”nün rəhbərləri ictimai hərəkatın yarandığı gündən bir il ərzində gördüyü işlərə yekun vurub, gələcək planlardan danışıblar. Bu barədə məlumatı “Xalqın Gücü”nün mətbuat xidməti yayıb.
“Görüşdə “Xalqın Gücü”nün Gürcüstanın müharibəyə qoşulmaq təhlükəsindən yayınmasınaa və inqilabi yolla hakimiyyəti dəyişməsinin qarşısının alınmasına verdiyi töhfə vurğulandı. Qeyd edilib ki, bu, “Xalqın Gücü” tərəfindən lazımi məlumatların ictimaiyyətə düzgün və vaxtında çatdırılması nəticəsində mümkün olub. Həmçinin bildirilib ki, ölkəni idarə edən komandanın düzgün daxili və xarici siyasəti olmasaydı, “Xalq Gücü”nün fəaliyyəti bu qədər effektli ola bilməzdi. Son olaraq, “Xalqın Gücü”nün rəhbərləri qeyd ediblər ki, ictimai hərəkat bu siyasəti davam etdirir və ölkədə yaradılmış siyasi vəziyyətdən irəli gələrək fəaliyyət göstərəcək, həmçinin, “Xalqın Gücü”nün siyasi partiya kimi formalaşdırılması imkanları da müzakirə olunacaq”, – yayılmış məlumatda qeyd olunur.
Liderlərin çıxışlarından sonra görüş sual-cavab formatında davam edib və “Xalqın Gücü”nün rayon təmsilçiləri onları maraqlandıran suallara cavab alıblar.
Müəllif -
Mehemmed Bayramaliyev