Kaja Kallas: Biz addım-addım Rusiyanın müharibə iqtisadiyyatının əsaslarını dağıdırıq
“Biz addım-addım Rusiyanın müharibə iqtisadiyyatının əsaslarını dağıdırıq” – bu barədə Avropa İttifaqının yüksək nümayəndəsi Kaja Kallas bildirib.
Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların 21-ci paketi Rusiya neftinə tətbiq olunan qiymət tavanının müvəqqəti olaraq dondurulmasını, eləcə də Moskvanın gəlir əldə etmək və Aİ sanksiyalarından yayınmaq üçün istifadə etdiyi təşkilat və qurumların sanksiya altına alınmasını nəzərdə tutur.
Kallas qeyd edib ki, yeni sanksiyalar bankları, silah istehsalçılarını, neft ticarəti ilə məşğul olan şirkətləri, neft emalı zavodlarını və üçüncü ölkələrdə fəaliyyət göstərən kriptovalyuta operatorlarını əhatə edəcək.