Kaja Kallas bildirib ki, Rusiya çoxdan sərhədlərə hörmət etməyi dayandırıb və Moskva Avropanın hava məkanını pozduğuna görə cəzasız qalmamalıdır
Kaja Kallas sosial şəbəkədə bildirib ki, Rusiya çoxdan sərhədlərə hörmət etməyi dayandırıb və Moskva Avropanın hava məkanını pozduğuna görə cəzasız qalmalı deyil.
Onun sözlərinə görə, Rumıniyanın Qalats şəhərində yaşayış binasına dronun çırpılması Rumıniyanın və Avropanın hava məkanının suverenliyinin açıq və ciddi şəkildə pozulmasıdır.
Kaja Kallas qeyd edib: “Bu gün səhər mən xarici işlər naziri Oana Țoiu ilə danışdım və Rumıniya ilə tam həmrəyliyimi ifadə etdim. Rusiya çoxdan sərhədlərə hörmət etməyi dayandırıb. Moskvaya Avropanın hava məkanını pozmağa cəzasız şəkildə icazə verilməməlidir. Avropa İttifaqının xarici işlər nazirləri dünən Rusiyaya qarşı təzyiqi artırmaq, həmçinin Ukrayna-ya dəstəyi və Avropanın müdafiə hazırlığına investisiyanı gücləndirmək barədə razılığa gəliblər.”
Məlumata görə, Rumıniyanın Qalats sərhəd şəhərində Rusiya dronu 10 mərtəbəli binaya çırpılıb, nəticədə iki nəfər yaralanıb. Hadisə ilə bağlı Rumıniya prezidenti Nicuşor Dan Müdafiə Şurasının fövqəladə iclasını çağırıb.