Kabulda baş verən partlayış nəticəsində 3 nəfər həlak oldu, 12-si ağır yaralandı
Əfqanistanda, Kabulun mərkəzində baş verən partlayış nəticəsində 3 nəfərin həlak olduğu və 12-nin ağır yaralandığı bildirilir.
Teraktla bağlı məsuliyyəti öz üzərinə “İslam Dövləti” götürdü.
Əfqanistanın Daxili İşlər Naziri Nacib Daniş bəyan etdi ki, son zamanlarda, İraq və Suriyədə özünü “İslam Dövləti” kimi elan edən terorist qruplaşmasının dağılmasına rəğmən, Əfqanistanda onların teraktları hələ də davam edir.