Kabo-Verdenin Foqo adasında avtobusun dərəyə aşması nəticəsində aralarında məktəblilərin də olduğu 25 nəfər həlak olub
Kabo-Verdenin Foqo adasında yol-nəqliyyat hadisəsi nəticəsində, aralarında məktəblilər və yeniyetmələrin də olduğu ən azı 25 nəfər həlak olub.
Medianın məlumatına görə, hadisə gecə saatlarında baş verib; bu zaman avtobus yoldan çıxaraq təxminən 30 metr hündürlükdən dərəyə aşıb. Avtobusun sürücüsü də həlak olub. Bir neçə yaralı regional xəstəxanaya yerləşdirilib.
Kabo-Verdenin təhsil rəsmilərinin sözlərinə görə, ekskursiya yerli təhsil müəssisəsi tərəfindən təşkil olunmayıb.