Kabildə terror aktı nəticəsində həlak olanların sayı 170-ə qədər artdı
Əfqanıstanın paytaxtı Kabildə terror aktı nəticəsində həlak olanların sayı 170-ə qədər artdı. Bu barədə məlumatı “CBS” Əfqanıstan Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Nəşr yazır ki, həlak olanların əksəriyyəti əfqandır. Partlayışdan sonra minlərcə əfqan Kabil aeroportu vasitəsilə yenə də ölkəni tərk etməyə çalışır.
BMT Qaçqınlar Agentliyinin məlumatına görə, növbəti aylar ərzində Əfqanıstandan yarım milyondan artıq insanın qaçması mümkündür. 14 avqustdan sonra koalisiya qüvvələri Əfqanıstandan 105 minə qədər insan çıxardılar.