Kabildə partlayış zamanı həlak olanların sayı 22-yə qədər artdı
Kabildə partlayış zamanı həlak olanların sayı 22-yə qədər artdı

Əfqanistanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində həlak olanların sayı 22-yə qədər artdı.

Hadisə ilə bağlı məlumatı yerli medya, Daxili İşlər Nazirliyinə istinadən yayır.

Onların məlumatına görə, partlayış zamanı 38 nəfər yaralanıb, onların arasında qadınlar və uşaqlar da var.

Partlayış yerli vaxt ilə, saat 13:00-da, Masoudi meydanında, ABŞ Səfirliyinin yanında baş verdi.

Suiqəstçi terorist özünü partlatıb.

Baş verənlə bağlı məsuliyyəti Taliban qruplaşması üzərinə götürdü.