Kabildə partlayış nəticəsində doqquz nəfər həlak oldu. 20 insan xəsarət aldı, onlar arasında qadın və uşaqlar da var. Məlumatı “Reuters” agentliyi yayır.
Nəşrin məlumatına görə, partlayışın hədəfi parlament üzvü, Xan Mohamed Vardak idi. O, partlayışdan xilas oldu.
Partlayış üzrə məsuliyyəti hələlik üzərinə götürən olmayıb.
“Reutersin” yazdığına görə, hakimiyyət və “Taliban” arasında aparılan danışıqlar fonunda son bir neçə həftədir Əfqanıstan bənzər halların sayı artdı.