Kabildə  hərbi xəstəxana  yaxınlığında baş verən iki partlayış və ardınca atışma nəticəsində azı 19 nəfər vəfat edib
Kabildə hərbi xəstəxana yaxınlığında baş verən iki partlayış və ardınca atışma nəticəsində azı 19 nəfər vəfat edib

Kabildə Sərdar Məhəmməd Davud Xanın hərbi xəstəxanası yaxınlığında baş verən iki partlayış və ardınca atışma nəticəsində azı 19 nəfər vəfat edib, 43 nəfər yaralanıb. Məlumatı “Əl-Cəzirə” yayıb.

Partlayışlar təxminən bir saat yarım əvvəl Əfqanıstanın paytaxtında baş verib. Hücuma görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib, lakin yerli media İslam Dövləti silahlıların xəstəxanaya basqın edərək təhlükəsizlik qüvvələrinə atəş açdığını bildirib.

Talibanın mətbuat katibi Bilal Kərim təhlükəsizlik qüvvələrinin hadisə yerinə səfərbər edildiyini bildirib. “İslam Dövləti” terror təşkilatının Xorasan əyalətindəki qolu Əfqanıstandakı partlayışlara görə məsuliyyət daşıyır. 2017-ci ildə təşkilatın 400 yerlik xəstəxanaya hücumu 30 nəfərin həyatına son qoydu.