Kabildə baş verən partlayışla bağlı məsuliyyəti öz üzərinə "Taliban" hərəkatı götürdü
Əfqanistanın paytaxtı Kabildə baş verən partlayışla bağlı məsuliyyəti öz üzərinə “Taliban” hərəkatı götürdü.
Partlayış NATO qüvvələri və Amerika Birləşmiş Ştatları Səfirliyinin yanında baş verdi.
Yayılan məlumata görə, orada suiqəstçi terorist özünü partladıb.
Partlayış o qədər güclü idi ki, bir neçə avtomobilə və yaxınlardaki binalara ciddi zərər verildi.
Ölən və yaralananlar haqqında məlumat yayılmır.