Kabildə baş verən partlayış nəticəsində həlak olanların sayı 29-a çıxdı
Kabildə baş verən partlayış nəticəsində həlak olanların sayı 29-a çıxdı.
Yaralananların sayı isə, 52-dir.
Hadisə haqqında məlumatı Tolo News agentliyi Əfqanistanın Səhiyyə Nazirliyinə istinadən yayır.
Daxili İşlər Nazirliyinin məlumatına görə, suiqəstçi terorist özünü partladıb.
Partlayış Ali Abadi xəstəxanası və Kabil Universitetinin yaxınlığında baş verdi.
Terakt üçün məsuliyyəti “İslam Dövləti” teror təşkilatı öz üzərinə götürdü.
Yerli medyanın məlumatına görə, beş yaralının vəziyyəti çox ağırdır.
Partlayış Əfqanistan paytaxtının əhalisinin Novruz bayramını qeyd etdiyi zaman baş verdi.