Tbilisidə Jvaniya meydanının yenidən qurulması başa çatıb. Yenidən qurulan meydana bu gün paytaxt meri Kaxa Kaladze nəzərdən keçirdi.
“Jvaniya meydanında bərpa işləri başa çatıb. Biz 12 qovşaq müəyyən etmişik ki, bu da həm hərəkət, həm tutum baxımından, həm də ictimai nəqliyyat üçün müəyyən problem idi. Mövcud qovşaqları təşkil etməyə başladıq. Jvaniya meydanında avtobus zolağı ictimai nəqliyyatın rahat hərəkət etməsi üçün yarandı. Sözügedən ərazidə avtobuslar da daxil olmaqla saatda 1400-ə yaxın avtomobil hərəkət edirdi. Bu miqdar saxlanılır, sadəcə avtobus zolağı əlavə olunub. Bu gün avtobus zolağının ayrılması nəzərə alınmaqla tutum daha çoxdur. Bundan əlavə, meydanlar yaşıllaşdırılıb, işıqlandırma sistemi quraşdırılıb, elektrik xətləri yerin altına çəkilib, çox xoş məkan yaradılıb”, – deyə Kaxa Kaladze bildirib.
Paytaxt meri ilə birlikdə şəhər merinin müavini İrakli Bendeliani, Tbilisi Nəqliyyat və Urban Agentliinin rəhbəri Viktor Tsilosani və Saburtalo rayonunun qamqebelisi Qayoz Vasadze yerində olublar.
Layihə çərçivəsində yeraltı kommunikasiyalar yeniləndi, yerüstü kommunikasiyalar yerin altına keçdi; 30 su və drenaj quyusu təşkil edildi; 4700 kvadratmetr asfalt örtüyü salındı; Ayrılmış avtobus zolaqları təşkil edildi; dayanacaqlar genişləndirildi və təkmilləşdirildi; gözləmə yerləri və məlumat lövhələri quraşdırıldı; Yol kənrları yeniləndi; İşıqforlar sistemi dəyişdirildi; 112 idarəetmə mərkəzinə qoşulmuş smart işıqforlar quraşdırıldı; İsakadze və Oniaşvili küçələrində nəqliyyatın hərəkəti bir tərəfli oldu; Şartava və Kandelaki küçələrinin kəsişməsində piyada keçidi təşkil edildi; Parkinq yeri qaydaya salındı; Mövcud olanlara distibusiya və taksi yerləri əlavə edildi; Küçə işıqlandırma şəbəkəsi yeniləndi. O cümlədən, 15 ədəd LED işıq dirəyi quraşdırıldı, onlardan ikisi 12 metrlik müasir tipli, çox işıqlı dirəklərdir; Suvarma sistemi ilə yol kəsişən adalar və müvafiq yaşıllıqlar salındı. Abadlıq işləri çərçivəsində ümumilikdə 100-ə yaxın ting əkildi, ot əkildi.
Hazırda meydandan keçən 11 avtobus xətti gündəlik 55.000-dən çox nəqliyyat təmin edir.
Məlumatı Tbilisi meriyasının mətbuat xidməti yayıb.