Junior Eurovision Mahnı Müsabiqəsində Gürcüstana səs verin - səsvermə başlayıb
Gürcüstan təmsilçisi Andria Putkaradze noyabrın 16-da Junior Eurovision Mahnı Müsabiqəsinin səhnəsində 9 nömrə ilə çıxış edəcək. Yarış Tbilisi vaxtı ilə saat 21:00-da başlayacaq. Gürcü yarışmacı “To My Mom” mahnısını ifa edəcək.
Artıq səsvermə başlayıb. Səs vermək üçün linkə daxil olmalısınız.
Gürcüstandan və dünyanın istənilən ölkəsindən Gürcüstan nümayəndəsinə səs vermək olar. Bunun üçün qısa bir video kollaj izləmək, Gürcüstanı və digər iki ölkəni seçmək, SƏS VER düyməsini basmaq lazımdır. Səsvermə zamanı sadə riyazi əməliyyatı yerinə yetirməlisən.
Madriddə keçiriləcək builki müsabiqədə 17 ölkə iştirak edəcək.
Sıra belədir: İtaliya, Estoniya, Albaniya, Ermənistan, Kipr, Fransa, Şimali Makedoniya, Polşa, Gürcüstan, İspaniya, Almaniya, Hollandiya, San Marino, Ukrayna, Portuqaliya, İrlandiya və Malta.
Gürcü müsabiqə iştirakçısının mahnısının müəllifi Qiqa Kuxianidzedir, onunla mətn üzərində Maka Davitaya çalışıb.
Videoklip ictimai yayımçı tərəfindən lentə alınıb; Kostyum İza Nadareişviliyə məxsusdur.