Cüdoçu Mate Qvelesiani “Ədalətli oyun” fəxri mükafatına layiq görülüb #1TVSPORT
Cüdoçu Mate Qvelesiani “Ədalətli oyun” fəxri mükafatına layiq görülüb #1TVSPORT

Sloveniyanın Maribor şəhərində keçirilən 17-ci Avropa Gənclər Olimpiya Festivalının bağlanış mərasimində Gürcüstanın bayraqdarları Olimpiya Festivalının qızıl medalçısı Mate Qvelesiani və üzgüçü Anna Nijaradze olub.

Bağlanış mərasimindən əvvəl “Ədalətli oyun” mükafatlandırma mərasimi keçirilib. Xüsusi komissiya üzvlərinin yekdil qərarına əsasən, nümunəvi davranışa görə bu mükafat gürcü cüdoçusu, festival çempionu Mate Qvelesianiyə verilib. İdmançımız səhnəyə çağırıldı və Avropa Olimpiya tamaşaçılarının hüzurunda ona çox şərəfli mükafat təqdim olundu.