Cüdo | Gürcüstan yığması "Budapest Masters"də güclü tərkiblə meydana çıxacaq #1TVSPORT
Cüdo | Gürcüstan yığması "Budapest Masters"də güclü tərkiblə meydana çıxacaq #1TVSPORT

Avqustun 4-6-da Macarıstanın paytaxtı Budapeştdə 59 ölkədən 425 cüdoçunun iştirak edəcəyi Masters yarışı keçiriləcək.

Turnirdə Gürcüstanın cüdo yığması güclü tərkiblə mübarizə aparacaq. Yığmamızın yeganə çatışmazlığı 2023-cü ilin dünya çempionu Luka Maisuradzedir ki, o, qələbə qazandıqdan sonra heç bir yarışda güləşmir. Bu günə olan məlumata görə, “Budapest Masters” turnirində 17 gürcü cüdoçu (15 oğlan və 2 qız) qeydiyyatdan keçib.