Cüdo | Qiorqi Sardalaşvili Dünya çempionatında ilk görüşündə qələbə qazandı #1TVSPORT
Azərbaycanın paytaxtı Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Qiorqi Sardalaşvili (60 kq) ilk görüşündə qələbə qazanıb — 23 yaşlı gürcü idmançı İsrail təmsilçisi İtshak Aşpizi ipponla məğlub edib və növbəti mərhələdə portuqaliyalı Fernandeslə qarşılaşacaq.
Qeyd etmək lazımdır ki, Sardalaşvilinin C qrupundakı potensial rəqibi hazırkı dünya çempionu, yaponiyalı Riucu Naqayamadır. İlkin görüşlərdə uğurlu çıxış edəcəkləri təqdirdə, onlar dörddəbir finalda bir-biri ilə qarşılaşacaqlar.
Bu gün kişilər arasında 60 kq və qadınlar arasında 48 kq çəki dərəcələrində medallar təqdim olunacaq. Dünya çempionatında ilkin görüşlər saat 11:30-da, final bloku isə saat 18:00-da keçiriləcək.