Cuanşer Burchuladzenin rəhbərliyi ilə Müdafiə Nazirliyinin nümayəndə heyəti Ukrayna Müdafiə Təmas Qrupunun iclasında iştirak edib
Cuanşer Burchuladzenin rəhbərliyi ilə Müdafiə Nazirliyinin nümayəndə heyəti Ukrayna Müdafiə Təmas Qrupunun iclasında iştirak edib

 

Gürcüstan Müdafiə Nazirliyinin nümayəndə heyəti nazir Cuanşer Burchuladzenin rəhbərliyi ilə NATO-nun mənzil-qərargahında ABŞ Müdafiə Departamenti tərəfindən təşkil olunmuş Ukrayna Müdafiə Təmas Qrupunun (Ramştayn formatı ) iclasında iştirak edib.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.

Görüşə ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargahların rəhbəri, general Mark Mill ev sahibliyi ediblər.

Ukrayna Müdafiə Təmas Qrupunun görüşündə 50-dən çox həmfikir ölkənin müdafiə nazirləri və yüksək rütbəli hərbi şəxslər iştirak ediblər.