Cuanşer Burchuladze - Ukraynada Rusiyanın təcavüzünün qurbanı olmuş, həlak olan gürcülərin ailələrinə bir daha başsağlığı vermək istəyirəm
Cuanşer Burchuladze - Ukraynada Rusiyanın təcavüzünün qurbanı olmuş, həlak olan gürcülərin ailələrinə bir daha başsağlığı vermək istəyirəm

 

Ukraynada Rusiyanın təcavüzünün qurbanı olmuş, həlak olan gürcülərin ailələrinə bir daha başsağlığı vermək istəyirəm- bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze Rustavidə yeni Müstəqillik meydanının açılış mərasimində bildirib.

Müdafiə naziri meydanda yerləşən Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşlərdə və beynəlxalq missiyalarda həlak olmuş gürcü döyüşçülərin xatirəsinə həsr olunmuş memoriallarda qəhrəmanların xatirəsini ehtiramla yad edib.

“Ukraynada Rusiyanın təcavüzünün qurbanı olmuş, həlak olan gürcülərin ailələrinə bir daha başsağlığı vermək istəyirəm. Hökumət adından bir daha münasibət bildirmək və dərin ürək ağrısını ifadə etmək istəyirəm. İqtidarımız hər bir gürcüyə həqiqətən ürəyi ağrıyan iqtidardır” – deyə müdafiə naziri açıqlayıb.

Rustavidə yeni meydanın açılış mərasimində Müdafiə Qüvvələrinin rəhbər şəxsləri, Kvemo Kartli üzrə dövlət nümayəndəsi, Rustavi meri və yerli sakinlər iştirak ediblər.