Cuanşer Burchuladze Türkiyənin müdafiə naziri Hulusi Akar ilə görüşüb
Cuanşer Burchuladze Türkiyənin müdafiə naziri Hulusi Akar ilə görüşüb

 

Üçtərəfli ministerial çərçivəsində Türkiyə Respublikasında səfərdə olan Gürcüstanın müdafiə naziri həmkarları ilə ikitərəfli görüşlər keçirir.

Cuanşer Burchuladze ilk görüşü ev sahibi ölkənin milli müdafiə naziri Hulusi Akar ilə keçirib.

Türkiyəli həmkarı ilə danışan Gürcüstanın müdafiə naziri Gürcüstan və Türkiyə arasında müdafiə sahəsində uğurlu strateji əməkdaşlığa diqqət çəkib və Türkiyəyə göstərdiyi dəstəyə görə təşəkkür edib. O, Gürcüstan Müdafiə Qüvvələrinin inkişafı prosesinə Türkiyənin maddi-texniki və maliyyə yardımını, türk mütəxəssislərin cəlb olunmasını və dəstəyini xüsusilə vurğulayıb.

Görüşdə həmkarlar ikitərəfli və üçtərəfli formatda əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Söhbət zamanı NATO ilə əməkdaşlıq məsələlərinə, hərbi təhsilə və beynəlxalq təlimlər sahəsində əlaqələrin dərinləşdirilməsinə toxunulub.

Regiondakı təhlükəsizlik mühiti, artan təhdidlər və Rusiyanın Ukraynaya təcavüzü müzakirə olunan mövzulardan biri olub.

Gürcüstan, Türkiyə və Azərbaycan arasında müdafiə sahəsində üçtərəfli əməkdaşlıq 2012-ci ildə başlayıb. Üçtərəfli ministeriala bu il Türkiyə Respublikası ev sahibliyi edir.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.