Cuanşer Burchuladze -bu, sabiq iqtidar tərəfindən mütəşəkkil şəkildə dövlətin soyulması idi, dost ölkələrimizin pensionerlərinin soyulması bunun davamıdır
Bu, sabiq iqtidar tərəfindən mütəşəkkil şəkildə dövlətin soyulması idi, dost ölkələrimizin pensionerlərinin soyulması bunun davamıdır. Bu cür sxemlərin nə Avropada, nə də Gürcüstanda işləməməsi üçün biz hər zaman hüquq-mühafizə orqanlarının əməkdaşlarının yanında olmaq üçün əlimizdən gələnin maksimumunu edəcəyik- bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze açıqlayıb.
Cuanşer Burchuladzeyə “BBC”nin jurnalist araşdırması haqqında sual verilib.
“Başqa cür adlandıra və qiymətləndirə bilmərəm, bu, sabiq iqtidar tərəfindən mütəşəkkil şəkildə dövlətin soyulması idi. Bu əhvalat bu soyğunçuluqla bitmədi, bunun davamı dost ölkələrimizin pensionerlərinin soyulmasıdır. Təbii ki, bu, bizim üçün olduqca məyusedicidir və bu cür sxemlərin nə Avropada, nə də Gürcüstanda işləməməsi üçün biz hər zaman hüquq-mühafizə orqanlarının əməkdaşlarının yanında olmaq üçün əlimizdən gələnin maksimumunu edəcəyik. Hüquq-mühafizə orqanlarımızın əməkdaşları tərəfdaş ölkələrlə sıx əməkdaşlıq ediblər və istintaq baxımından kifayət qədər yaxşı nəticələr əldə ediblər. Eləcə də hüquqi baxımdan istintaq fəaliyyətlərinin bizimlə, başqa ölkədə və ya birgə necə davam etdirilməsi gərəkdiyi müəyyən edilməlidir” – deyə Cuanşer Burchuladze qeyd edib.
Bir neçə gün əvvəl “BBC” avropalı pensionerlərin qarət sxeminin deşifrə edildiyi, fırıldaqçılıq sxeminin təşkilatçısı kimi isə Davit Kezeraşvilinin adı çəkilən jurnalist araşdırmasının materiallarını dərc edib.