Cuanşer Burchuladze - qütbləşmə arzuolunan vəziyyət deyil, hamını qəti düşüncəli olmamağa çağıra bilərəm
Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze qütbləşmədən danışıb və qeyd edib ki, bu vəziyyət ölkənin siyasi maraqlarına görə heç kim üçün arzuolunan deyil.
“Deyə bilərəm ki, biz radikal, qəti düşüncəli deyilik, lakin söhbət bizim radikal müxalifət kimi qəti düşüncəli insanlara gəlincə, heç vaxt onlar kimi olmayacağıq. Mən hamını qəti düşüncəli olmamağa çağıra, xahiş edə bilərəm” -deyə Cuanşer Burchuladze açıqlayıb.