Cuanşer Burchuladze Gürcüstanda səfərdə olan Rumıniya Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general Daniel Petresku ilə görüşüb
Cuanşer Burchuladze Gürcüstanda səfərdə olan Rumıniya Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general Daniel Petresku ilə görüşüb

 

Rumıniya Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general Daniel Petresku Gürcüstanda rəsmi səfərdədir. Petreskunu Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze qəbul edib.

Görüşdə tərəflər regiondakı təhlükəsizlik mühitini və çağırışları müzakirə ediblər. Söhbət zamanı Qara dəniz regionunun sabitliyi və inkişafının əhəmiyyətinə, Gürcüstan və Rumıniya arasında regionda ikitərəfli müdafiə əməkdaşlığının artan dinamikası və gələcək perspektivlərinə xüsusi diqqət yetirilib. NATO-Gürcüstan Əsas Paketinin (SNGP) mühüm rolu və paketin təşəbbüslərinin uğurla həyata keçirilməsində Rumıniyanın töhfəsi vurğulanıb.

Rəsmi qarşılanma mərasimindən sonra Gürcüstan Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili rumıniyalı həmkarı ilə görüşüb. İkitərəfli görüşdə generallar iki ölkə arasında hərbi əməkdaşlığın cari məsələlərini və gələcək planları müzakirə ediblər. Söhbətdə hərbi təhsil və hərbi hazırlıq istiqamətində əməkdaşlıq məsələlərinə də toxunulub. Gürcü tərəfi Rumıniya tərəfindən Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və Avro-Atlantik istəklərinə verilən dəstəyə görə general Daniel Petreskuya təşəkkür edib.

Səfər çərçivəsində Rumıniya Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general Daniel Petresku NATO-nun əsas qrupu və NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) nümayəndələri ilə görüşüb və görüşdə NATO-Gürcüstan Əsas Paketinin (SNGP) təşəbbüslərinin icrası müzakirə edilib.

Bu gün rumıniyalı general Vaşlicvaridəki xüsusi əməliyyat qüvvələrinin bazasına da baş çəkib. Rumıniyanın Baş Qərargah rəisi, general Daniel Petresku Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş gürcü qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad edib, abidəni əklillə bəzəyib.

Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.