Cuanşer Burchuladze - birgə səylərlə biz daha da güclü, vahid və Avropa ölkəsi qura biləcəyik
Gürcüstanın bütün vətəndaşlarını, xüsusən də Müdafiə Qüvvələrinin hər bir hərbi qulluqçusunu Gürcüstana namizəd ölkə statusunun verilməsi münasibətilə təbrik edirəm – müdafiə naziri Cuanşer Burchuladze açıqlayıb.
O, namizəd statusunun həqiqətən tarixi hadisə və ölkənin Avropaya inteqrasiya yolunda irəliləyişi olduğunu bildirib.
“Gürcü hərbçilər beynəlxalq, o cümlədən Avropa İttifaqının egidiyası ilə keçirilən missiyalarda Avropa dəyərlərinin, dünya sülhünün və təhlükəsizliyinin qorunmasına mühüm töhfə veriblər. Birgə səylərlə biz daha da güclü, vahid və Avropa ölkəsi qura biləcəyik” – Cuanşer Burchuladze açıqlayıb.