CRRC Gürcüstan - sorğulananların 46% düşünür ki, Avropa İttifaqına qoşulmaq əhalinin iqtisadi vəziyyətini yaxşılaşdıracaq
CRRC Gürcüstan - sorğulananların 46% düşünür ki, Avropa İttifaqına qoşulmaq əhalinin iqtisadi vəziyyətini yaxşılaşdıracaq

CRRC Gürcüstan tərəfindən həyata keçirilən sorğu-tədqiqata əsasən, sorğulananların 46%-nin fikri ilə, Avropa İttifaqına qoşulmaqla Gürcüstan əhalisinin iqtisadi vəziyyəti daha yaxşı olacaq.

Həmin tədqiqata əsasən, əhalinin 19%-i düşünür ki, Avropa İttifaqına qoşulmaq qərblə münasibətlərin dərinləşməsinin və Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsi şansını artıracaq.

Avropa İttifaqına qoşulmanın tərəfdarı olub olmamaq sualına isə, sorğulananların 17% cavab verdi ki, dəstəkləyir, 28% qismən dəstəkləyir, 8%-isə heç dəstəkləmir.

Qafqaz Tədqiqatları Resurs Mərkəzi, “Qafqaz barometri-2017” adlı sorğu-tədqiqatın nəticələrini bugün təqdim etdi.

Təqdimatda əsas diqqət əhalinin xarici prioritetlərinə yönəldilmişdi.

“Qafqaz barometri” adlı sorğu-tədqiqat Gürcüstanda 2008-ci ildən, hər iki ildən bir keçirilir və Gürcüstan əhalisinin, ölkənin daxili və xarici siyasəti haqqında fikrini təsvir edir.