Cozef Borrell - meşə yanğınları şiddətlənir, Sloveniya və Gürcüstan daşqınlar və sürüşmələrdən çox əziyyət çəkir, iqlim dəyişikliyi inkar edilə bilməyən bir reallıqdır
Sloveniya və Gürcüstan daşqın və sürüşmələrdən ciddi şəkildə zərər çəkib. İqlim dəyişiklikləri inkar edilə bilməyən reallıqdır, – Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrell sosial şəbəkədə yazır.
“Bu yay təbii fəlakətlər bütün dünyada dağıntılar törədir, insanların həyatı üçün təhlükə yaradır, evləri və yaşayış vasitələrini məhv edir. Aralıq dənizi sahillərində meşə yanğınları tüğyan edir. Sloveniya və Gürcüstan daşqın və sürüşmələrdən ciddi şəkildə zərər çəkib. İqlim dəyişikliyi inkar edilə bilməyən bir reallıqdır və qlobal təhlükə yaradır. Aİ zərər çəkənlərə dəstək verməyə hazırdır ”- Borrell yazıb.
Avqustun 3-də Şovidə sürüşmə baş verib. Hazırda mövcud olan məlumata görə, 18 nəfər ölüb, 17 nəfər isə təbii fəlakət zonasında axtarılır.
Gürcüstanda 7 avqust matəm günü elan edilib.