Cozef Borrell - Gürcüstanın Aİ-yə üzvlük istiqamətində irəliləməsi yaxşı xəbərdir, bu yolla irəliləməyə davam etməyə çağırıram
Cozef Borrell - Gürcüstanın Aİ-yə üzvlük istiqamətində irəliləməsi yaxşı xəbərdir, bu yolla irəliləməyə davam etməyə çağırıram

 
Gürcüstanın Aİ-yə üzvlük istiqamətində irəliləməsi yaxşı xəbərdir, bu yolla irəliləməyə davam etməyə çağırıram- bu barədə bu gün Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri şurasının iclası və “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşünün keçirildiyi Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell açıqlayıb.

Borrell bildirib ki, bu regionda mövcud çətinliklər “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşündə müzakirə olunur.

“Dünyanın bu hissəsində çox şey baş verib. Belarusun yeri boş olacaq. Biz Lukaşenko rejimini təcrid etmək və demokratik qüvvələri dəstəkləmək üçün hər şeyi edirik. Bütün “Şərq Tərəfdaşlığı” regionu çətin vəziyyətdədir. O cümlədən Belarus, Ukrayna, eləcə də Qafqazda. Gürcüstanın Aİ-yə üzvlük istiqamətində irəliləməsi yaxşı xəbərdir, lakin Ermənistandakı vəziyyət bizdən güclü şəkildə dəstəkləməyi və bu dəstəyi necə artıra biləcəyimizi və “Şərq Tərəfdaşlığı”nı necə gündəmdə qoyacağımızı görməyi tələb edir, çünki bu, bizim şərq sərhədimizdir. Bizim şərq sərhədimiz qaynar nöqtələrin böyüdüyü yerdir”- Borrell açıqlayıb.

Jurnalistin Aİ-yə namizəd statusunun verilməsi baxımından bu həftə Gürcüstan üçün uğurlu olacaqmı sualına Borrell belə cavab verib:

“Gürcüstan yaxşı işləyir. Avropa Komissiyasının bütün təhlilləri və təklifləri çox müsbət idi. Mən Gürcüstanı bu yolla irəliləməyə davam etməyə çağırıram” – Borrell bildirib.