Cozef Borrell - Gürcü xalqı dəfələrlə Avropa dəyərlərinə sarsılmaz sədaqət nümayiş etdirib, Avropa İttifaqının qapısı açıqdır, biz Gürcüstanı dəstəkləməyə davam edəcəyik
Gürcü xalqı dəfələrlə Avropa dəyərlərinə sarsılmaz sədaqət nümayiş etdirib, biz Gürcüstanı dəstəkləməyə davam edəcəyik – Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell bu barədə sosial şəbəkədə yazır.
Borrellin qeyd etdiyi kimi, Avropa Komissiyası bu gün Gürcüstana Avropa İttifaqına namizəd statusunun verilməsini tövsiyə edir.
“Gürcü xalqı dəfələrlə Avropa dəyərlərinə sarsılmaz sədaqət nümayiş etdirib. Bu gün Avropa Komissiyası Gürcüstana Avropa İttifaqına namizəd statusunun verilməsini tövsiyə edir. Avropa İttifaqının qapısı açıqdır. Biz Gürcüstanı dəstəkləməyə davam edəcəyik”-Borrell yazır.