Cozef Borrell - Genişlənmə Avropa İttifaqının ən mühüm xarici siyasət mexanizmidir, düzgün qərarların qəbul edilməsi vacibdir
Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrell bildirib ki, genişlənmə Avropa İttifaqının ən mühüm xarici siyasət mexanizmidir.
“Bu, təkcə Ukrayna ilə bağlı deyil, Balkan regionunda və Qafqazda digər namizəd ölkələrə münasibətdə də ən güclü imkanımızdır. Düzgün qərarların qəbul edilməsi vacibdir” – Borrell bildirib.
Avropa Şurası bu gün və sabah Brüsseldə toplaşacaq və 10 ölkənin daxil olduğu genişlənmə paketini müzakirə edəcək.