Cozef Borrell - Avropa İttifaqı Gürcüstana 12 prioritetin yerinə yetirilməsinə kömək etməyə hazırdır, biz Avropa istəklərini dəstəkləməyə sadiqik
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell “Twitter” səhifəsində Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ilə görüşdən yazır.
Borrellin qeyd etdiyi kimi, Avropa İttifaqı Gürcüstana 12 prioritetinin yerinə yetirilməsinə kömək etməyə hazırdır
“Mən bu günümə Gürcüstanın xarici işlər naziri ilə Gürcüstanın Avropaya inteqrasiya yolu, o cümlədən xarici siyasətə uyğunluğun artırılmasının vacibliyi və daha geniş regional məsələlər haqqında söhbətlə başladım. Avropa İttifaqı 12 prioriteti yerinə yetirməkdə sizə kömək etməyə hazırdır. Biz Gürcüstanın Avropa istəyini dəstəkləməyə tam sadiqik”, – Cozef Borrell öz “Twitter” səhifəsində yazıb.