Cozef Borrel - Gürcüstandakı iştirakımız AB-nin sülh, demokratiya və islahatlar üçün nələr edə biləcəyinə yaxşı bir nümunədir
Cozef Borrel - Gürcüstandakı iştirakımız AB-nin sülh, demokratiya və islahatlar üçün nələr edə biləcəyinə yaxşı bir nümunədir

 

“Niyə Cənubi Qafqazda AB-nin daha çox iştirakına ehtiyacımız var”-AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrel bu başlıqla məqalə dərc edib.

Borrel, AB-nin diqqətini tələb edən bir çox böhranın olduğunu və ittifaqın maraqlarının olduğu bütün bölgələrdə olmasının vacib olduğunu qeyd edir.

“Avstriya, Litva və Rumıniya xarici işlər nazirlərinin dəvətimi qəbul etmələri və qısa müddətdə Cənubi Qafqaz bölgəsinə səfər etmələrindən dolayı məmnunam. Nazirlər Cənubi Qafqaz liderlərinə üç əsas mesajı çatdırdılar: AB bölgədəki münaqişələrin həllində fəal oyunçu olmağa sadiqdir; AB regional əməkdaşlığa və birliyə dəstək üçün ikitərəfli münasibətləri inkişaf etdirməyə hazırdır; “AB, Şərq Tərəfdaşlığı çərçivə siyasətinin çevikliyinə və əlaqələndirilməsinə diqqət yetirir” -deyə Borrelin məqaləsində qeyd olunub.

Borrelin sözlərinə görə Cənubi Qafqaz Avropa ilə Mərkəzi Asiyanın kəsişməsində yerləşən və eyni zamanda Yaxın Şərqlə həmsərhəd bir bölgədir. AB Rusiya, Türkiyə, Çin, İran və digər bir sıra ölkələrin bu bölgədə artan iştirakını görür. Nəticə etibarilə Cənubi Qafqaz, Avropa Birliyi üçün AB ilə Asiya arasında nəqliyyat dəhlizlərinin və enerji qaynaqlarının şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Buna görə bölgənin qarşılıqlı əlaqə mərkəzi kimi rolunu inkişaf etdirməlidirlər.

Borrel, Cənubi Qafqazın hər üç ölkəsinin həll olunmamış münaqişələr yaşadığını yazır. Nəticə olaraq, AB-nə üzv dövlətlərdən və tərəfdaşlardan “Şərq Qonşuluğundakı” bu münaqişələrin həllində daha aktiv rol oynamaları üçün artan gözləntilər var.

“Gürcüstandakı iştirakımız AB-nin sülh, demokratiya və islahatlar üçün nələr edə biləcəyinə yaxşı bir nümunədir. AB-nin vasitəçiliyi ilə 2008-ci ildə hərbi əməliyyatların dayandırılmasına dair atəşkəs razılaşması əldə edildi və birlik, Cenevrə Beynəlxalq Danışıqlarının həmsədri rolu da daxil olmaqla, AB-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi vasitəsi ilə münaqişənin həlli üçün səylərə rəhbərlik edir. AB-nin Müşahidəçilik Missiyası 2009-cu ildən bəri bölgədə ən mühüm töhfə verən və yeganə beynəlxalq monitorinqdir. Ümumilikdə, Avropa Birliyi, fəaliyyətləri ilə Gürcüstanda etimadın artırılmasında böyük bir oyunçudur” -deyə Borrel  bildirir.

Cozef Borrel, Gürcüstanın assosiativ bir ölkə olaraq qiymətləndirildiyini bildirir.

“İndi Şərq Tərəfdaşlığının dekabr zirvəsinə hazırlaşırıq. Bu kontekstdə üç nazir, Şərq Tərəfdaşlığının əhatəli işbirliyi formatı olduğunu və qalacağına dair açıq mesaj verərək Gürcüstan üçün xüsusən də assosiativ bir ölkə olaraq və onun istəklərinin daha yüksək səviyyəsini qiymətləndirdiyimizi vurğuladı. AB-nin bölgəyə dair baxışı var və islahatlar baxımından etibarlı tərəfdaşdır. ” -deyə o qeyd edib.