Cozef Borell- Avropa İttifaqı Gürcüstan vətəndaşının qətlini qətiyyətlə pisləyir, Rusiya SQ-nin Gürcüstanın işğal olunmuş ərazilərində olması qanunsuzdur
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Cozef Borell “Twitter” səhifəsində Kirbala kəndi yaxınlığında Gürcüstan vətəndaşının Rusiya işğalçı qüvvələri tərəfindən açılan atəş nəticəsində öldürülməsi faktına münasibət bildirir.
“Avropa İttifaqı Kirbalada bir Gürcüstan vətəndaşının öldürülməsini və daha bir şəxsin Rusiya Sərhəd Mühafizəsi tərəfindən saxlanılmasını qətiyyətlə pisləyir. Dərhal sərbəst buraxılmasına çağırırıq. Rusiya SQ-nin Gürcüstanın işğal olunmuş ərazilərində, Abxaziya və Cənubi Osetiya bölgələrində olması qanunsuzdur” – Cozef Borell yazıb.
Rusiya işğalçı qüvvələri işğal altındakı Kirbala yaxınlığında Gürcüstan vətəndaşı Tamaz Qinturini öldürüb, bir vətəndaşı isə qanunsuz olaraq saxlayıblar. Gürcüstanın mərkəzi hakimiyyətinin tələbi ilə Erqnetidə görüş keçirilib.