Cozef Borrell - prezidentin impiçmenti məsələsi riskdir və qütbləşməni artıracaq, bütün qurumlar birlikdə işləməlidir
Cozef Borrell - prezidentin impiçmenti məsələsi riskdir və qütbləşməni artıracaq, bütün qurumlar birlikdə işləməlidir

Prezidentin impiçmenti məsələsi riskdir və qütbləşməni daha da artıracaq-deyə Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrell bəyanat verib.

O, bütün qurumların birgə işləməsi gərəkdiyini söyləyib.

“Prezidentin impiçmenti məsələsi riskdir və bu, vəziyyəti daha da gərginləşdirəcək və qütbləşməni artıracaq. Bütün qurumlar birlikdə işləməli və ölkəni Avropa yolunda güclü dəstəkləməlidir. Gürcüstanın bu prosesdə uğur qazanmaq potensialı var. Sizin güclü administrasiyanız var, canlı vətəndaş sektorunuz var və bu tarixi anda uğur üçün əməkdaşlığa ehtiyacınız var”, – deyə Borrell baş nazir İrakli Ğaribaşvili ilə birgə mətbuat konfransında bildirib.