Cozef Borrell Quriyada baş vermiş təbii fəlakətin nəticələri ilə əlaqədar məyusluğunu ifadə edib
Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrell Quriyada baş vermiş təbii fəlakətin nəticələri ilə əlaqədar məyusluğunu ifadə edib.
Borrell təbii fəlakət zamanı itkin düşənlərin sağ-salamat tapılacağına ümid etdiyini bildirib.
“İcazənizlə ürək ağrımı dilə gətirim, bu gün Quriyada sürüşmə nəticəsində bir uşaq ölüb və bu, çox ağrılıdır. İnsanların axtarışda olması məni çox narahat edir. Ümid edirəm ki, hamını sağ-salamat tapacağıq”, – Borrell bildirib.
Xilasedicilər Quriyada, təbii fəlakət bölgəsində bir cəsəd tapıblar, itkin düşən iki nəfərin axtarışları davam edir.